Paşinyan 2020-ci ildə Azərbaycanla münaqişədə KTMT-nin fəaliyyətini tənqid edib

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr öz fəaliyyətlərini sinxronlaşdırmalıdırlar. Eyni zamanda o, 2020-ci ildə Azərbaycanla münaqişə zamanı təşkilatın fəaliyyətini tənqid edib.

“Təəssüf ki, təşkilatın Ermənistan Respublikasının gözlədiyi kimi reaksiya verdiyini deyə bilmərik”, — Nikol Paşinyan KTMT sammitində təşkilatın üzvlərini birgə hərəkət etməyə və təhdidlərə sərt şəkildə birləşmiş cəbhədə cavab verməyə dəvət edən Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatlarına cavab verib.

Paşinyan xatırladıb ki, 2020-ci ildə Azərbaycanla münaqişə zamanı Ermənistan KTMT-ni Azərbaycana silah satmamağa çağırıb, lakin təşkilat üzvləri bu xahişə məhəl qoymayıb. Eyni zamanda, Ermənistanın baş naziri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına yardım etdiyinə görə Rusiyaya minnətdarlığını bildirib. 2020-ci ildə Rusiya müharibə edən ölkələr arasında sazişin bağlanmasına töhfə verib və Dağlıq Qarabağa 1,9 min sülhməramlı göndərib.

“Təşkilatımıza üzv olan ölkələrin səslərinə gəlincə, bizim səslərimiz çox vaxt sinxron olmur. Amma bu, yeni məsələ deyil, uzun müddətdir ki, bizim təşkilatdadır. Ermənistan bu məsələni dəfələrlə qaldırıb, biz bu məsələni işlək qaydada müzakirə etdik və hesab edirəm ki, bu məsələnin də əlavə müzakirəyə ehtiyacı var”, — deyə cənab Paşinyan bildirib.

Ermənistan və Azərbaycan arasında «mübahisəli ərazi» olan tanınmamış «Dağlıq Qarabağ Respublikası»nda vəziyyətin gərginləşməsi 2020-ci ilin sentyabrında baş verib. Azərbaycanın məlumatına görə, silahlı toqquşmalar nəticəsində 3 minə yaxın, Ermənistan və Qarabağ «hakimiyyətinin» məlumatına görə, 7,5 minə (?!) yaxın insan həlak olub.

Mənbə: Komersant

Redaksiyadan: Düşmən rus mətbuatı və onların erməni havadarları 12750 nəfərlik erməni leşlərindən danışmır, amma bizim itkiləri şişirtməklə məşğul olurlar. Sizcə məqsəd nədir?

Bu xəbəri paylaşın: