Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst xətti olan, peşəkarlığı, humanistliyi və səmimiyyətiylə seçilən, ömürünün ən məhsuldar dövrünü Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə keçirən hörmətli müharibə veteranımız istefada olan mayor Şahmarov Ramiz Şirinoğlunun may ayının 20-də 61yaşı tamam olur.
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüag çıxan müharibə veteranı istefada olan mayor Ramiz Şahmarovu doğum günü munasibətilə Azərbaycan Vətən Müharibəsi Vetiranları İctimai Birliyinin rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Vetiranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır.
Hər yeni yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni gün isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Ramiz Şirin oğlu Şahmarov 1961–ci ilin mayayının 20-də Azərbaycan Respublikasının Lerik rayonu Züvüç kəndində anadan olub.
1978–ci ildə Lerik rayon Züvüç kənd orta məktəbini, 1989-ci ildə Bakı Dövlət Unversitetinin kimya fakultəsini, 2001-ci ildə Daxili Qoşunların Zabitlərin ixtisasartırma kursunu və DİN–in Polis Akademiyasını bitirib. 1980-1982-ci ildə Sovet Ordusunun Xabarovsk diyarında yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 1983-1992-ci illərdə Bakı şəhərində Gəmi Təmiri zavodunda fəhlə işləmişdir. 1992-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin konvoy, mühafizə alayındə, DQB-nin Nərimanov, Binəqədi, Xəzər, Xətai və Quba rayonun da yerləşən hərbi hissələrində qarovul rəisi, taqım və bölük komandırı, kimya xidmət rəisi, qərərgah rəisinin xidmət üzrə koməkçisi, qərargah rəisinin şəxsi heyətin uçotu üzrə başkoməkçisi vəzifələrində vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib. Hal–hazırda pedaqoji fəaliyyətlə məşğuldur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə) rayonlarında gedən döyüşlərdə iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
O, xidmət etdiyi müddətdə tabeliyində olanlara Azərbaycan Respublikasının Konstutisiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və Daxili Qoşunların döyüş xidmətini zamanın tələblərinin, əmr və sərəncamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində (cəza çəkmə müəssisələrində) baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar zamanı hüquqi rejimin təmin edilmsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Hərbi xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyəti göstərdiyi, döyüş və ictimai hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümünəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və hərbi hissə komandirlərının əmrləri ilə fəxri fərmanlar, qiymətli hədiyyələr, pulla və yubley nişanları iləmukafatlandırılıb və ona təşəkkür edilib.

Xidmətdə fərqləndiyinə görə aşağıdakı medallarla təltif edilib. “Silahlı Qüvvələrin yaranmasının”10 illiyi (1991-2001) yübley medalı ilə;
“Qusursuz xidmətərə görə” 3-cü dərəcəli medalı ilə-Silahlı Quvvələrdə 10 təqvim ili xidmətinə görə;
“Qusursuz xidmətərə görə” 2-ci dərəcəli medalı ilə-Silahlı Quvvələrdə15 təqvim ili xidmətinə görə;
“Qusursuz xidmətərə görə” 1-ci dərəcəli medalı ilə-Silahlı Quvvələrdə 20 təqvim ili xidmətinə görə;
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər orta məktəb və ali təhsilmuəssələrində, istər xidmət və çalışdığı mühitdə, istərsə də dost–tanış, qohum-əqrəba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev