Qərb Ukraynanın taxıl anbarlarını boşaltmağa çalışır

Qərb Ukraynadan taxılı mümkün qədər tez çıxarmağa çalışır, taxıl anbarları boşaldıqdan sonra ölkədə nə baş verəcəyi qətiyyən onu maraqlandırmır.

Bunu Rusiya Humanitar Yardım üzrə İdarələrarası Əlaqələndirmə Qərargahının rəisi, Milli Müdafiə Nəzarəti Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev deyib.

Mizintsev keçirdiyi brifinqdə bildirib ki, Kiyevin nəzarətində olan regionlarda humanitar vəziyyət kritik həddə yaxınlaşır, Ukraynada beş yaşınadək uşaqların 20%-dən çoxu qida çatışmazlığından əziyyət çəkir:

«Eyni zamanda, Kiyev rejimi kəskin ərzaq qıtlığına və ərzaq böhranı təhlükəsinə baxmayaraq, öz xalqının rifahına etinasız yanaşaraq, ikiüzlülük edən kollektiv Qərb ölkələrini razı salmaq üçün hər şeyə hazırdır. Ukraynanın taxıl anbarlarının boşaldılmasından sonra ölkədə nə baş verəcəyini qətiyyən vecinə almayaraq, «həmrəylik dəhlizləri» vasitəsilə mümkün qədər tez Ukraynadan taxıl ixrac etməyə çalışır».

Bu xəbəri paylaşın: