Qondarma rejimin «əldəqyırma» məclisi Mişeldən inciyib…

Yer üzündə bunlardan həyasız və özünübilməz ikinci canlı varlığın olması mümkün deyil. Bunlar hələ də anlamayıblar ki, «tarakanın mətbəxdə, siçovulun ambarda yaşaması heç də onların mətbəx və ambar sahibliyinə dəlalət etməz. Sadəcə qanmırlar ki, onlıarın «sahibliyi» bir gün ev sahibi bunların çirkinliklərindən bezib tədbir alanadəkdir. Beləliklə hay-boş qaraçılarına yol göründü. Öz taborunuzu sizi buralara sürüyüb gətirənlərin Krasnodartsaxına çəkin. Çünki siz öz axmaqlığınızla bu torpaqlarda yaşamaq hüququnuzub üzərindən qanlı bir xətt çəkmisiniz…


Qondarma (S)artsax respublikası («Dağlıq Qarabağ Respublikası» («DQR»)) axtarışda olan «milli məclisinin» fraksiyaları birgə bəyanat yayıblar:


“(S)artsax xalqının və hakimiyyətinin (?) vahid mövqeyi «milli məclisin» bu ilin 14 aprel tarixli bəyanatında təqdim edilib və bununla da təsdiq edilib ki, beynəlxalq instansiyalarda aparılan müzakirələrin və danışıqların gündəliyi bizim üçün o halda məqbuldur ki, onlar bizim əvvəlki bəyanatda göstərilən müddəalarla müqayisə oluna bilər.


Çarlz Mişelin bu yaxınlarda Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı bəyanatı Qarabağ probleminin həllinin mahiyyətini və danışıqlar prosesinin 30 ili ərzində toplanmış mirasını təhrif etmək baxımından çaşqınlıq yaradır.

Danışıq diskursunda ilk dəfə olaraq “Dağlıq Qarabağ” siyasi-coğrafi konsepsiyasından imtina etməyə cəhd edilir və “Qarabağın etnik erməni əhalisi” ifadəsi dövriyyəyə daxil edilir.


Bütün bunlar Azərbaycan rəhbərliyinin Brüssel görüşündən əvvəl və ümumiyyətlə, son vaxtlar yaydığı tezislərə tamamilə uyğundur və Ermənistanın hazırkı hakimiyyətinin xarici siyasət vektorundan geri çəkilməsinə dəlalət edir.

2020-ci ilin sentyabrında Azərbaycanın (S)artsax respublikasının (?-Azərbaycanda belə ərazi vahidi və xalqı yoxdur-red.) xalqına qarşı təxribat törətdiyi təcavüzə cavab verilsə, Ermənistan və Azərbaycan arasında “sülh epoxası”nın sürətləndirilmiş templə açılması məsələsində Avropa Şurasının fəal rolunu başa düşmək olardı. 44 günlük müharibə zamanı təhlükəsizliyin və hüquqların qorunmasının vurğulanması öz suverenliyini müdafiə edən (S)artsax xalqı üçün müəyyən dərəcədə məqbul olardı.


Mövcud şəraitdə Ermənistan Respublikasının hakimiyyət orqanları yalnız (S)artsax xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq instansiyalarda təşviqi və müdafiəsi nöqteyi-nəzərindən çıxış etməyə borcludurlar. Ermənistanın 8 iyul 1992-ci il tarixli qərarına əsasən, “DQR» Azərbaycanın tərkib hissəsi kimi qeyd olunan hər hansı daxili və ya beynəlxalq Ermənistan üçün qəbuledilməzdir”.


Həm (S)artsaxda, həm də Ermənistanda fəaliyyət göstərən hakimiyyət orqanları üçün prioritet iki Ermənistan respublikasının elan edilməsi haqqında bəyannamələr, 2 sentyabr 1991-ci il tarixli qərarda təsbit olunmuş dəyərlər və 10 dekabr 1991-ci il müstəqillik referendumu olmalıdır.


Heç bir məmurun, heç bir siyasi qüvvənin ixtiyarı yoxdur ki, formalaşması üçün xalqımızın minlərlə övladı canını əsirgəmədiyi Vətənin gələcəyini müstəqil olaraq təkbaşına həll etsin.


Biz tarixi qərarlar qəbul etmək imperativi ilə üz-üzəyik və heç kim nəsillər qarşısında məsuliyyətdən yayına bilməz.


24 may 2022-ci il
«Azad Vətən — Regional Dövlət Administrasiyası»
«Ədalət»
“Daşnaksütyun” Erməni İnqilabi Federasiyası
(S)artsax Demokratik Partiyası”.

Bu xəbəri paylaşın: