Bakı İrəvanda keçirilən boks üzrə Avropa çempionatının açılış mərasimindən şikayət edib

Bakı İrəvanda keçirilən boks üzrə Avropa çempionatının açılış mərasimində qondarma (S)artsaxın bayrağı ilə bağlı BOK-a şikayət edib.

FBA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Boks Federasiyası (FBA) Beynəlxalq Olimpiya Komitəsinə (BOK), Beynəlxalq Boks Federasiyasına, Avropa Boks Konfederasiyasına və bu quruma daxil olan ölkələrə etiraz edib.

Şikayətə səbəb mayın 22-də İrəvanda keçirilən boks üzrə Avropa çempionatının açılış mərasimində gənclərin səhnəyə qaçaraq (S)artsaxın (Dağlıq Qarabağ (DQ)) bayrağını açması olub. Tədbir təşkilatçılarının onlara yaxınlaşdığını görüb səhnəni tərk etdilər.

Bu ilin aprelində Azərbaycan Boks Federasiyası İrəvanda keçiriləcək qitə birinciliyində iştirak etməmək barədə qərar qəbul edib.

Bu xəbəri paylaşın: