Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti Beyləqanda həkimləri təltif edib

Beyləqan rayon Xəstəxanasının həkimləri 44 günlük Vətən müharibəsi günlərində göstərdikləri xidmətlərə görə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov tərəfindən Fəxri fərmanlarla təltif ediliblər.

Həkimlərin göstərdiyi əməyi Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov yüksək qiymətləndirərək bildirib ki, müharibədə həkimlərin əməyi əvəzsizdir.


Xəstəxananın baş həkimi Nurəngiz Bəşirova da çıxış edərək həkimlərin 44 günlük Vətən müharibəsi günlərində göstərdikləri yüksək peşəkarlıqdan söz açdı. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və müharibə veteranları da iştirak ediblər.


Beyləqan rayon Xəstəxanasının bir qrup həkiminə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Fəxri fərmanı təqdim edilib.

Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Bu xəbəri paylaşın: