Ermənistan parlamentinin üzvü, daşnak Lilit Qalstyan sensaion açıqlama verib.
Erməni mediasına istinadən xəbər verir ki, Lilit Qalstyan Ermənistanın baş naziri Nikol Paşinyanı vətənə xəyanətdə ittiham edib.
“Avropa Şurasının Prezidenti Şarl Mişelin Paşinyan-İlham Əliyev görüşündən sonra verdiyi bəyanat təkcə Qarabağ məsələsinin son dəfn edilməsi ilə bağlı deyil, həm də Ermənistanın parçalanması və dövlətin son kapitulyasiyası haqqındadır. Artıq nə Qarabağ nə də Ermənistan yoxdur. Zəngəzur demək olar ki, əlimizdən çıxır. Nikol Paşinyan pul qarşılığında ölkəni satdı.Qarabağ əldən çıxdığı kimi, Ermənistanı da itiricəyik”.- deyə Lilit Qalstyan bildirib.
Mənbə: Alp.az
Bu xəbəri paylaşın: