Peşəkarlığı və humanistliyi, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş müharibə veteranımız istefada olan mayor Ələsgərov Elşən Əlisultan oğlunun may ayının 26 -da 57 yaşı tamam olur.
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan nüharibə veteranı istefada olan Mayor Elşən Ələsgərovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı arzulayır. Hər yeni yaş ona sevinc dolu illər, hər yeni günu isə istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Ələsgərov Elşən Əlisultan oğlu 1965 -ci ilin may ayının 26 -da Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olub.
Mayor Elşən Ələsgərov 1982 -ci ildə Bakı şəhərində 250 — nömrəlı tam orta məktəbi, 1987 — ci ildə isə Sovet Ordusunun Leninqrad (İndiki Sankt-Peterburq) şəhərində yerləşən Furunze adına Ali hərbi komandirlər məktəbini bitirib.
1987 — 1988 -ci illərdə Sovet Ordusunun Əfqanıstanda yerləşən hərbi hissəsində taqım komandiri , 1988- 1991- ci illərdə Sovet Ordusunun Culfa, Qubadlı və Zəngilan rayonlarında yerləşən hərbi hissələrində böluk komandiri, 1991-1998-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində, Binəqədi, Nərimanov, Nizami, Füzuli rayonlarında yerləşən hərbi hissələrində Alayın qərargah rəisinin müavini, tabor komandiri, Alay komandirinin Silah və texnika üzrə müavinini, Alay komandirinin müavinini — Qərargah rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.Hal-hazırda Elşən Ələsgərov “Azərbaycan Dəmir Yolları” QSC-də müvafiq vəzifədə işləyir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır. Övladı Eldar Ələsgərov isə 44 günlük Vətən Müharibəsinin iştirakçısı və mükafatçısıdır.

Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi, Daxili Qoşunların Bas İdarəsinin Döyüş xidməti nizamnamələriin və Hərbi qulluqçuların Etik Davranış Kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə göstərib.Bir çox metodiki — təlim toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin üzvü istefada olan Mayor Ələsgərov Elşən Əlisultan oğlu SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından müvafiq medalarla təltif edilib.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış, qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELŞƏN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev