Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin rəhbərliyi altında şöbə üzvləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri şəhid İlham Rüstəmovun adına verilən sinif otağının açılışında və şəhidin ad günü ilə əlaqədər düzənlənən tədbirdə iştirak ediblər.
Şəhid İlham Rüstəmov 26 may 1974-cü ildə Tovuz rayonuYanıqlı kəndində anadan olub. 26 sentyabr 1996-cı il həqiqi hərbi xidmətdə olduğu zaman şəhid olub. Şəhidin ad günü mərasimi Tovuz rayonu Yanıqlı kənd Araz Hüseynov adına orta məktəbdə onun ad günü qeyd edilib.
Çıxış edənlər şəhid İlham Rüstəmov haqqında və Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanlarını yerdə qoymadıqlarından danışıblar. Tədbir iştirakçılarından və təşkilatçılardan bir qrupuna Fəxri fərman və Təşəkkürnamələr təqdim edilib.
Yaşasaydı 47 yaşı olacaqdı.
Allah şəhidlərimizə rəhmət eləsin!








