Ağdamda Daxili Qoşunların hərbçisinin minaya düşməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.
Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.
Bu xəbəri paylaşın:
