Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri mayın 28-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Bu xəbəri paylaşın: