AVMVİB Yardımlı rayon şöbəsi imkansız ailələrə baş çəkib

Azərbaycanın Dövlət müstəqilliyi münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsi tərəfindən bir qrup vətəndaşa maddi yardım göstərərək ət payı verilmişdir.


Maddi dəstək Yardımlı AVMVİB-in Yardımlı rayon şöbəsinin sədri M.Əliyevin oğlu, N saylı hərbi hissənin zabiti F. Əliyev tərəfindən edilmişdir.


Yardımlar Dəlləkli kəndində 1 nəfər şəhid bacısına və 1 nəfər Vətən müharibəsi iştirakçısına, Çayüzü kəndində 1 nəfər imkansız ailəyə, Avur kəndində Vətən müharibəsi iştirakçısına, Kürəkçi kəndində 1 nəfər Vətən müharibəsi qazisinə,1 nəfər imkansız ailəyə yardım edilmişdir.

Maddi yardım Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləriı və şöbə sədri Mayılxan Əliyev tərəfindən edilmişdir.


Kürəkçi kəndində tədbirdə Kürəkçi kəndinin ərazi nümayəndəliyinin əməkdaşı da iştirak etmişdir.


Fedai.az

Bu xəbəri paylaşın: