Daxili işlər Nazirliyi Daxili Qoşunların həyatında öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası,vətənpərvərliyi, sadəliyi və səmimiyyəti ilə secilən ömrünün ən məhsuldar dövrünün 29 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirən Veteranmız -istefada olan mayor Nuruyev Süleyman Ağaqasım oğlunun iyun ayının 3 -də 70 yaşı tamam olur.
Həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan Mayor Nuriyev Suleyman Ağaqasım oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda ona insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər yeni yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Nuriyev Suleyman Ağaqasım oğlu 1952 — ci illin iyun ayının 3 də Bakı şəhərində anadan.
O, Bakı şəhəirində Bülbül adına xüsusi orta müsiqi məktəbini, İncəsənət Dil və Ədəbiyyat institutunu, Tiflis şəhərində isə DİN- in Daxili Qoşunların Gizirlər məktəbini bitirib.
1974 — 1976 cı illərdə Süleyman Nuriyev SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların UFA- da ( Başqırstanda) yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətə olub
1977- 1991 cü illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların Bakı şəhərində yerləşən Konvoy Mühafizə alayında və Diviziyasında nəzarətci, Məxfi hissə rəisi, 1992 — 2003 — cü illərdə isə Daxili Qoşunların Bas İdarəsinin Kadırlar şöbəsində bölmə rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib .

Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə, Zəngilan və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Zəngilan uğrunda gedən döyüşlərdə azğın düşmənə layiqli zərbə vurulmasında daim öndə olmuşdur. Müharibə veteranıdır.

Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi, Daxili Qoşunların Bas İdarəsinin Döyüş xidməti nizamnamələriin və Hərbi qulluqçuların Etik Davranış Kodeksinin tələblərinin, Əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə göstərib.Bir çox metodiki — təlim toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi — taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.
Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış, qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Hərbi Xidməti Vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai-sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə. Daxili işlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiuley nisanları ilə, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
» Silahlı Qüvvələr Veteranı «medalı ilə;
» SSRİ Silahlı Qüvvələrin yaranmasının» 70 — illiyi yubiley medalı ilə;
«Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
«Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
“Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SÜLEYMAN:
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev





