Müharibə Rusiya ərazilərinə keçir…

“Hazırda Xarkov vilayətində müdafiəçilərimizin Rusiya ilə sərhədi keçdiyi yerlər var”.

“Kanal 24″ xəbər verir ki, bu barədə milli telemarafonun efirində Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik məlumat verib.

O deyibki, bölgədə aktiv döyüş əməliyyatlarının olmamasına baxmayaraq, ruslar orada qazmağa və istehkamlar qurmağa başlayıblar.

“İndi bölgədəki ruslar taktikalarını dəyişiblər: bu, daimi atəşdir, bu, qoşunlarımızı daimi gərginlikdə saxlamaq və bölmələrimizi geri çəkməkdir. Amma Xarkov vilayətində artıq qoşunlarımızın Rusiya ilə sərhədi keçdiyi yerlər var”, – Motuzyanik bildirib.

O, həmçinin bildirib ki, Xarkov vilayətində ruslar daha çox Ukrayna hərbçilərinin mövqelərinə deyil, dinc yaşayış məntəqələrinə hücum edirlər.

Mənbə: KAİM.az

Bu xəbəri paylaşın: