«Petrosyan Qarabağı Azərbaycana qaytarmağa razı olmadığımıza görə…» — Xaçaturov

KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov  sabiq prezident Levon Ter-Petrosyanın istefasının detallarını açıqlayıb.

 Bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov danışıb.

Onun sözlərinə görə, o, yeganə korpus komandiri kimi hərbi kollegiyanın üzvü olub. 

“1998-ci il idi. Ermənistanın o vaxtkı müdafiə naziri Vazgen Sarkisyan hərbi kollegiyanın üzvlərini və məni dəvət etdi. Orada nazir də daxil olmaqla 6 nəfər idik. Petrosyan bizə bir sual verdi: “Siz Qarabağın Azərbaycanın tərkibində qalmasının tərəfdarısınızmı? Kim tərəfdardır, əlini qaldırsın”. 6 nəfərdən heç biri əl qaldırmadı. Bundan sonra o, ikinci sualı verdi: “Siz Qarabağın müstəqillik qazanmasının tərəfdarısınızmı?” 6 nəfərin hamısı əllərini qaldırdı. Bundan sonra o bizə dedi: “İndi mən nə edəcəyimi bilirəm” və 2 saatdan sonra ölkə prezidenti istefa verdi. Sözün əsl mənasında 2 saatdan sonra”, —  Xaçaturov  deyib.

Mənbə: Ölkə.Az

Bu xəbəri paylaşın: