Consona etimad səsverməsi keçirildi və vəzifəsini qoruyub saxladı

Böyük Britaniya Parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi başlayıb.

Səsvermədən əvvəl Conson 18:00-da qapalı iclasda partiyasının deputatlarına müraciət edib.

Saat 20:00-22:00 arasında keçiriləcək səsvermənin nəticəsi 23:00-da açıqlanacaq. Conson səsvermədə məğlub olarsa, istefa verməlidir. Onun vəzifədə qalması üçün azı 180 səs lazımdır.

Qeyd edək ki, Böyük Britaniya Baş naziri Boris Conson partiya lideri və Böyük Britaniyanın baş naziri vəzifələrini qoruyub saxlayıb.

Ölkə parlamentində Boris Consona etimad səsverməsi keçirilib. Britaniyanın hakim partiyasının deputatları Consona etimad üçün 2 saat ərzində səs veriblər.

Bu xəbəri paylaşın: