Rusiya qondardığı «DXR» əliylə hərbi əsirləri öldürmək istəyir

Qondarma «DXR» ədliyyə nazirliyi bəyan edib ki, bu günə qədər respublika ərazisində Mariupolun «Azovstal» zavodunun müdafiəçisi olmuş 2,3 min nəfər əsir saxlanılır.


Eyni zamanda, idarənin rəisi Yuri Sirovatko qeyd edib ki, yerli qanunlar əsirlərin ittiham olunduğu cinayətlərə görə ölüm cəzasını nəzərdə tutur.


«DXR»-də bu cür cinayətlərə görə ölüm cəzası verilir — deyə Sirovatko bildirib.


O, əlavə edib ki, “məhkəmə onlar haqqında qərar verəcək”. Bundan əvvəl «DXR»-in rəhbəri Denis Puşilin respublika ərazisində əsirlər üçün “beynəlxalq tribunal”ın hazırlandığını bildirmişdi.


Amma əldə etdiyimiz məlumatlara görə bir çox hərbi əsir artıq Rusiya həbsxanalarına aparılıb. Məsələn, Ukraynanın “Azov” alayının təslim olmuş komandir müavini, daha çox “Kalina” kod adı ilə tanınan Svyatoslav Palamar artıq Rostov-na-Dona aparılıb.

Hazırda Azov alayının komandir müavini Rostov-na-Donda istintaq təcridxanasındadır.


Xatırladaq ki, “Azov”da Palamar hazırkı batalyon komandiri “Redis” ləqəbli Denis Prokopenkonu əvəzləyib. Kalina daha əvvəl bildirmişdi ki, media məkanında ukraynalı siyasətçilər mütəmadi olaraq döyüşçülərə dəstək iddiasındadırlar, lakin onlarla əlaqə saxlamır və onlara heç bir köməklik göstərmirlər.

Bu xəbəri paylaşın: