- İlqar Allahverdiyev
Dostlar! Bir müddət öncə anons etdiyimiz kimi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun yeni versiyasının işlənərək Prezident Aparatına və Milli Məclisə təqdim olunacağını bildirmişdik. Adı çəkilən qanunun köhnə verisyasını intternetdən tapa bilərsiniz. Həmin versiya baza kimi götürülərək təkmilləşdirilir. Layihədə aşağıda sadalanan əsas yeniliklərin olunması təklif olunur:
1.Qanunun giriş hissəsində (preambluada) onun qəbulunun zərurliyini şərtləndirən amil kimi HƏRBİ XİDMƏTİN DÖVLƏT QULLUĞUNUN BİR QOLU VƏ SPESİFİK FƏALİİYYƏT NÖVÜ OLDUĞU qeyd olunacaq.Eyni zamanda, əvvəlki versiyada qanunun preambluasında qeyd olunurdu ki, təminat xərcləri, dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin də müntəzəm surətdə DƏYİŞDİRİLMƏSİ yolu ilə pensiyaçıların sosial müdafiəsinə təminat verir. Dəyişdirilmə konkret anlayış deyil və ƏƏSMN-nin çoxbilmişləri bunu istədikləri kimi yozurlar. Ona görə DƏYİŞDİRİLMƏSİ anlayışını – ARTMASI kimi konkretləşdiririk.Çünki, dəyişdirilmək həm də azaltmaq kimi də başa düşülə bilr.
2. Qanunun 1-ci maddəsində hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, təminat xərcliyi (pul təminatı) hərbi pensiya, hərbi pensiyanın müəyyən edilməsi anlayışlarının izahı veriləcək. Əvvəlki versiyada bu yox idi. Eyni zamanda bilirisiniz ki, 2006-cı ildən etibarən ƏƏSMN hüquqlarımızı məhdudalaşdıraraq təminat xərcliyi məfhumunun üzərində eksperimentlər (dəyişikliklər) aparır və MM-n 13 may 2022-ci il tarixli biabırçı dəyişikliyi də məhz məhdudlaşdırmaya xidmət edir. Təklif olunan layihədə təminat xərcliyi məfhumunu konkretləşdiririk və eyni zamanda bizdən alınmış hüququn da qaytarılmasını təklif edirik.
Təminat xərcliyi (pul təminatı) anlayışına SONUNCU VƏZİFƏ ÜZRƏ SONRAKİ ARTİM VƏ ƏLAVƏLƏR, HABELƏ YENİ TƏSİS EDİLMİŞ ƏLAVƏLƏR DƏ NƏZƏRƏ ALİNMAQLA sözbirləşməsinin də əlavə olunması təklif olunur ki, bundan sonra sözlərlə oynayaraq hüquqlarımızı məhdudlaşdırmasınlar.
Hərbi pensiya anlayışı isə qanunda yeni məfhumdur və HƏRBİ XİDMƏTİN DÖVLƏT QULLUĞUNUN BİR QOLU VƏ SPESİFİK FƏALİİYƏT NÖVÜ OLMASI SƏBƏBİNDƏN HƏRBİ QULLUQÇULAR VƏ XÜSUSİ RÜTBƏLİ ŞƏXSLƏR ÜÇÜN AYRICA PENSİYA NÖVÜ KİMİ TƏSİS EDİLMƏSİ təklif olunur.
Əvvəlki qanunun 4-cü maddəsində hərbi qulluqçulara və onların ailələrinə pensiya təyin edilməsinin şərtləri qeyd olunmuşdu. Əvvəlki qanunda və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun tələblərinə görə hərbi rütbələrədn məhrum edilmiş hərbi qulluqçulara pensiya təyin olunmur. Biz hesab edirik ki, bu məsələ çox incə bir məsələdir və burada fərdi qaydada yanaşma olmalıdır. Çünki, praktikada elə hallar olur ki, h/q hər hansı bir səhvi ucbatından cinayət törədir, hökmü çıxaran məhkəmə onu hərbi rütbədən məhrum edirsə həm də onu və ailəsini ömürlük pensiyadan da məhrum edir. Hərbçi tanıyıram kİ, 28 təqvim ili xidmət edib və pensiya almır, çünki 100 manata görə şərlənərək sifarişli hökmlə rütbədən məhrum edilib.
Yeni layihədə qanunun 5-ci maddəsinə aşağıdakı şəkildə yeni bir bəndin əlavə olunması təklif olunur:
HƏRBİ VƏ YA XÜSUSİ RÜTBƏLƏRDƏN MƏHRUM EDİLMİŞ HƏRBİ QULLUQÇULARA PENSİYA ONLAR TƏRƏFİNDƏN HƏRBİ XİDMƏT ƏLEYHİNƏ CİNAYƏT TÖRƏDİLMƏDİYİ HALLARDA MƏHKƏMƏ QƏRARINA ƏSASƏN TƏYİN OLUNA BİLƏR.
P.S. Qoy məhkəmə araşdırsın, əgər onun törətdiyi cinayət hərbi xidmət əleyhinə deyilsə məhkəmə ona pensiyanın təyin olunub-olunmamasına qərar versin. Çünki, nə Məlumat Vərəqəsini göndərən, nə də pensiya təyin edən orqanın belə səlahiyyəti yoxdur.
3. Vəfat etmiş hərbi qulluqçuların (pensiyaçıların) ailələri üçün pensiyaların təyin edilməsi ən ağrılı məsələlərədən biridir. Həm qüvvədən düşmüş qanunun, həm də hazırda qüvvədə olan qanunun tələblərinə görə yalnız üç halda ( ailə üzvü pensiya yaşına çatıbsa, 1-2-ci qrup əlildirsə və himayəsində vəfat edəniin 8 yaşına çatmamış uşağı varsa) pensiya təyin olunur. Biz yeni layihədə təklif edirik ki, bu hüquq vəfat etmiş hərbi pensiyaçıların ailələrinə PENSİYA YAŞINA ÇATMALARINDAN, ƏLİL OLMALARINDAN, HİMAYƏSİNDƏ VƏFAT EDƏNİN 8 YAŞINA ÇATMIŞ UŞAĞININ OLUB-OLMAMASINDAN ASILI OLMAYARAQ verilsin.
4. Qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 9-cu maddəsində pensiyalara xüsusi xidmətlərə görə əlavələr nəzərdə tutulmuşdu. Ölkəmizdə yeni təsis edilmiş ordenləri («İstiqlal», «Heydər Əliyev», «Zəfər», «Rəşadət», «Vətənə xidmətə görə» ordenləri və s) də nəzərə almaqla həmin maddə yenilənmiş formada təqdim olunur.
Eyni zamanda qanuna yeni maddənin yazılaraq PENSİYA TƏYİNATI ZAMANI NƏZƏRƏ ALINAN VƏZİFƏ MAAŞINDAN HESABLANAN bütün ƏLAVƏLƏRİN sadalanması təklif olunur. Bəzi zabit yoldaşlarımız qeyd edir ki, buna ehtiyac yoxdur. Mən isə hesab edirəm ki, ehtiyac var, həm də çox ciddi ehtiyac var. Ona görə ki, hazırda ƏƏSMN və DSMF bizə təyin olunan pensiyanı qulluq stajına görə əlavə (?) kimi təqdim edir. Halbuki, QULLUQ STAJINA GÖRƏ ƏLAVƏ (надбавка за выслугу лет) hərbi qulluqçulara ödənilən əlavələrdən yalnız biridir. Ona görə də söz oyunbazlığı olmasın deyə və hər hansı YENİ əlavə növü də təsis oluduğu zaman onun qanunda əksinin tapmasının zərurliyini nəzərə alaraq ayrıca maddə ilə bütün əlavə növlərinin sadalanması təklif olunur.5. Yeni layihədə ən mühüm yeniliklərdən biri də pensiyaların məbləğləri ilə bağlıdır. Bilirsiniz ki, qüvvədən düşmüş qanunda, həm də 2017-ci ilədək 20 ildən artıq hər ilə görə 3 faiz hesablanma aparılırdı. Hazırda bunu yalnız MN-nə şamil edirlər. Təklif olunur ki, 20 ildən sonrakı hər ilə görə BÜTÜN QURUMLARA 3 faiz hesablanma bərpa edilsin. Həmçinin, pensiya hüququnun əldə olunması artıq 20 təqvim ilindən sonra deyil, 10 TƏQVİM İLİNDƏN SONRA yaranmasının qeyd olunması təklif olunur. Çünki, dövlət qulluqçusu cəmi 5 ildən sonra bu hüququ qazanırsa hərbi qulluqçunun yalnız 20 təqvim ilindən sonra pensiya hüququnu qazanması yumşaq tərzdə desək ədalətsizlikdir.
6. Xidmət illərinin hesablanması zamanı həmçinin 2004-cü ilin 1 sentyabrınadək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməsinin qanunda öz əksini tapması təklif olunur. Çünki bununla bağlı Konstisutisuya Məhkəməsinin imperativ xarakterli qərarı vardır.
7. Vəfat etmiş hərbi pensiyaçının həyat yoldaşına əgər ailənin tək üzvüdürsə -80% məbləğində pensiya təyin edilməsi təklif olunur. Ailənin pensiya almaq hüququ olan digər üzvləri olduqda pensiya bölünə bilər.
8. Hazırda ən ağrılı məsələ pensiya hesablanması zamanı təminat xərcliyinə nəyin aid edilib-edilməməsi ilə bağlıdır. Yeni layihədə təklif olunan 45-ci maddədə buna aşağıdakı kimi aydınlıq gətirilməsi təklif olunur:
HƏRBİ QULLUQÇULARA VƏ ONLARIN AİLƏLƏRİNƏ PENSİYA HƏRBİ QULLUQÇUNUN SONUNCU TUTDUĞU VƏZİFƏDƏ VƏ HƏMİN VƏZİFƏ ÜZRƏ SONRAKI ARTIM VƏ ƏLAVƏLƏR NƏZƏRƏ ALINMAQLA BU QANUNUN 1.3 VƏ 12-Cİ MADDƏLƏRİNDƏ QEYD OLUNMUŞ TƏMİNAT XƏRCLİYİNDƏN MÜFAVİQ İCRA HAKİMİYYƏTİ ORQANININ QƏRARI İLƏ TƏSDİQ OLUNMUŞ QAYDADA HESABLANIR.
BU ZAMAN ONLARA PENSİYA HESABLANMASI ÜÇÜN SONUNCU VƏZİFƏ MAAŞI (SONUNCU VƏZİFƏ MAAŞINA EDİLƏN (MÜƏYYƏN OLUNAN) BÜTÜN SONRAKI ARTIM NÖVLƏRİ VƏ ƏLAVƏLƏR DƏ NƏZƏRƏ ALINIR.
9. Əvvəlki layihədə pensiya təyinatı üçün hərbi qulluqçunun mütləq qaydada yazılı ərizə ilə müraciəti tələb olunurdu. NK-nin təminat xərcliyinin hesablanması qaydalarını da nəzərə alaraq yeni layihədə aşağıdakı şəkildə dəqiqləşdirmə təklif olunur:
Hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi pensiya hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə pensiya təyin edən orqana ötürülür.
P.S. Layihə yekinlaşmaq üzrədir. Layihə üzərində tamamlanma işlərini aparıb yəqin ki, üzümüzə gələn günlərdə son versiya ilə sizi tanış edəcəyik.Hələlik isə təkliflərlə tanış olub münasibət bildirə bilərsiniz.
Burada qısa şəkildə əsas yenilikləri vurğuladıq. Bir daha qeyd edirik ki, bu bizim arzuladığımız ideal variant deyil.Amma hazırki vəziyyəti görürsünüz. Biz NATO ölkələrində mövcud olan imtiyazları təklif etsək də keçməyəcək. Ona görə də reallığı dəyərləndirərək daha əvvəl mövcud olmuş qanunun təkmilləşdirilməsini, zamana və hazırki qanunvericiliyə uyğunlaşdırılmasını, eyni zamanda bizim üçün prinsipial əhəmiyyət kəsb edən müddəalarin qanunda əks olunmasını təklif edirik ki, heç olmasa itirdiklərimizi qaytara bilək və ƏƏSMN-nin söz oyunbazlığından qurtulaq. Ən əsası, özümüzə dair ayrıca pensiya qanunu olsun və onunla manipulyasiya etməsinlər. Allah hamımıza kömək olsun!