AVMVİB Şəki rayon şöbəsi «Şuşa ili» tədbirində iştirak edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin üzvləri Şəkidə keçirilən «Şuşa ili»nə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbiri Şəki şəhər Uşaq İncəsənət məktəbində keçirilən tədbirdə veteranlarla yanaşı ictimaiyyət nümayəndələri də iştirak edirdilər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov məlumat verib.

Vüqar Əmirəhmədov bildirdi ki, maraqlı keçən tədbirdə Şəki şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin çıxışları rəğbətlə qarşılanıb.


Elnur Səlim

Bu xəbəri paylaşın: