Qarabağda döyüşən şəhid anası: «Xocalı faciəsindən sonra döyüşə getdim»

ATV-nin “Bizimləsən” proqramının budəfəki buraxılışında şəhid Ələkbərov Rəşadın anası qonaq olub.

Tək övladını Vətən müharibəsində şəhid verən ana özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

“Xocalı faciəsindən sonra getmişəm. 1992-ci ildən əsgər kimi döyüşlərdə iştirak etmişəm. Ağdərə, Tərtər, Həsənqaya, Torpaqtəpə ərazilərində döyüşmüşəm. Yaralanmışam, hospitaldan da yarımçıq yenidən durub döyüşlərə qayıtmışam. Gedəndə valideynlərimizin xəbəri olmamışdı. 3 qəlpəni çıxarıblar, 3 qəlpə də bədənimdə qalıb”.

Bu xəbəri paylaşın: