Lavrovun «parux» quş buraxması və quşu gizləmə cəhdi

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edib.

Axşam saatlarında Rusiya XİN-nin saytında Lavrov-Mirzoyan mətbuat konfransının stenoqramını yayımlanıb. Stenoqramda Rusiya XİN başçısının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə dəyişiklik edilib.

Belə ki, Lavrovun canlı mətbuat konfransında səsləndirdiyi «Vəziyyətin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir. Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası nöqteyi-nəzərindən “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq” fikirləri «Vəziyyətə gəlincə, Rusiya hərbçiləri (bizim erməni dostlarımız bundan yaxşı məlumatlıdır) bunu öz prioritetlərindən biri kimi “saxlayır”. Artıq vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək» kimi dəyişdirilib.

Xatırladaq ki, Qarabağın Fərrux kəndindəki vəziyyət Rusiya sülhməramlılarının diqqət mərkəzindədir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

Adət etdiyimiz erməni həyasızlığına uyğun olaraq, separatçıların hüquq müdafiəçisinin aprel ayında səsləndirdiyi məlumata görə, güya qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 400-dən çox insan zərər çəkib. Köçkünlərin bəziləri müvəqqəti olaraq qohum və dostlarının mənzillərində yerləşdirilib, bəziləri isə hökumət tərəfindən müvəqqəti mənzillərlə təmin olunub. 2005-ci ildə separatçıların Dağlıq Qarabağda keçirdikləri əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. Son hadisələrdə isə bu rəqəm 23 nəfər olduğu barədə məlumatlar var.

Bu məsələ ilə bağlı hər hansı irəliləyiş varmı və Azərbaycan hərbçilərinin ilkin mövqelərinə qaytarılması üçün hansı işlər görülür sualını cavablandıran Lavrov deyib: “Fərruxdakı vəziyyətə gəlincə, Rusiya hərbçiləri və bizim erməni dostlarımız bunu yaxşı bilirlər, bunu öz prioritetlərindən biri kimi saxlayır. Artıq vəziyyətin deeskalasiyası bav bildirxımından yerlərdə müəyyən nəticələr var.

Biz başa düşürük ki, delimitasiya üzrə qarşıda duran əsaslı işlər çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq”, — deyə nazir bildirib.

Göründüyü kimi Rusiyanın Xarici İşlər naziri Lavrovun Kalantarovluğu tutub və «parux» quşu uçurub. Bu adama siyasətçi deyən RF-nin başına daş düşsün. Delimitasiya hara, Fərrux hara?! Volkov kimi bir əyyaşın «İvan, idi domoy!» bandasına yol görünməkdədir. Çünki bəyannamənin heç bir punktu həyata keçirilməyib.

Fədai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: