AXIR Kİ, “SPUTNİK AZƏRBAYCAN»IN FƏALİYYƏTİ QADAĞAN OLUNUR…

Rəhbər şəxslərə Bakını tərk etmək üçün 10 gün vaxt verildi

“Sputnik Azərbaycan” saytının baş redaktoru Tryzno Veranika Antonava ilə həmin media orqanının prodüseri və onun həyat yoldaşı Pavel Antonovun Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib və onların müvəqqəti yaşama icazələri ləğv edilib.

Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.

Belə ki, İnzibati İcraat haqqında qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildiyi gündən 10 gün sonra ünvana çatmış hesab olunur.

Qeyd edək ki, hər iki şəxs Belarus vətəndaşıdır.

Xatırladaq ki, Rudsiyada ər-arvad «propaqanda»çılar Simonyan-Keosayan, Skabayeva-Popov və s. cütlüklər dəbdədir. Bakıda da Antoov cütlüyü yetişdirilməkdəydi. Bunu çoxdan etməliydik. Marqarita Simonyanın erməni faşizminin ruporuna çevirdiyi bir saytın Azərbaycanda nə ölümü var?

Bu xəbəri paylaşın: