Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi rəngləndi — Bayraktarın paylaşımı

“Baykar Savunma”nın texniki direktoru Selçuk Bayraktar Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” ilə bağlı paylaşım edib.

Fedai.az Sfera.az-a istinadən xəbər verir ki, o paylaşımında “Bayraktar Kızılelma”nın artıq rəngləndiyini bildirib.

Qeyd edək ki, qədim türk mifologiyasına əsasən, “Qızıl alma” türklərin, xüsusilə oğuz türklərinin hədəfinin simvoludur.

Türkçülüyün simvollarından biri olan “Qızıl alma” bir növ arzulanan, lakin uzaq, hətta əlçatmaz məqsəd hesab edilir.

Bu xəbəri paylaşın: