Beyləqan rayonunda şəhidin mövludu qeyd edilib

Beyləqan rayonunda şəhid Yalçın İsmayıl oğlu Dadaşzadənin mövludu mərasimi keçirilib.


İctimaiyyət nümayəndələri ilə yanaşı, Beyləqan rayon İH Qazi və şəhid ailələri ilə bağlı işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbələri mərasimdə iştirak ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından şəhidin aləsinə baş sağlığı verərək, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov şəhidin ailəsinə Fəxri fərman təqdim etdilər.


Şəhid Dadaşzadə Yalçın İsmayıl oğlu 1993-cü il 10 iyunda Beyləqan rayon Örənqala qəsəbəsində anadan olub.


1999-ci ildə Örənqala qəsəbə Milli Qəhrəman N. Quluyev adına Örənqala kənd tam orta məktəbinin 1-ci sinifinə gedib. 2010-ci ildə məktəbi bitirib.


2011-ci ildə Goranboy rayonu N saylı hərbi hissədə xidmət edib.

2013-cu ilde Ağcabədi rayonu N saylı hərbi hissədə MAXE kimi işləməyə başlayıb.


2018-ci ildə Gizir rütbəsi alan Dadaşzadə Yalçın Beyləqan rayonu N saylı hərbi hissədə BMP komandiri kimi xidmət göstərmişdir.

2016-ci ildə Aprel döyüşlərində iştirak edib və Fəxri fərmanla təltif olunub.


Dadaşzade Yalçın 2020-ci ildə sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharbəsi zamanı Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə döyüşüb.

Füzuli istiqamətində gedən döyişlər zamanı 29 sentyabr BMP-nin vurulması nəticəsində şəhid olub. 1 oktyabrda Örənqala qəsəbə qəbirsanlığında dəfn olunub.


Azərbaycanın ərazisinin bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarina iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vezifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərencamına əsasən Dadaşzadə Yalçın ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.


Azərbaycan Respubilkasının Füzuli rayonun işğalından azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət numayiş etdirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli səramcanına əsasən Dadaşzadə Yalçın ölümündən sonra «Füzulinin azad olunmasına görə» və «Cəsur döyüşcü» medalı ilə təltif edilib.Subay idi.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: