Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb — 1:0.
«İdman TV» telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.
Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.
Bu xəbəri paylaşın:
