N saylı hərbi hissədə 15 İyun Qurtuluş günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi, Xocavənd, Beyləqan, Ağcabədi, Zəngilan, Cəbrayıl, Bərdə, Ağcabədi raon şöbələri N saylı hərbi hissədə 15 İyun Qurtuluş günü münasibətilə təşkil olunan möhtəşəm tədbirdə şəhid ailələri, şəhid övladları ilə birlikdə iştirak ediblər.
Tədbir Vətən uğrunda şəhidlərin əziz xatirələrini 1 dəqiqəlik sükutla yad edilməsiylə başlanıb.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İçtimai Birliyinin sədri Mehdi Mehdiyev, Bərdə rayonundan millət vəkili seçilmiş Fatma Yıldırım, Beynəlxalq Avrasiya mətbuat fondunun Prezidenti Ümid Mirzeyev və dugərləri çıxış edərək tədbir iştirakçılarına öz təbriklərini çatdırdılar.
Çıxış edənlər Ordu quruculuğunda Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətdən söz açdılar. 30 illik işğala son qoyan Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbənin tarixi əhəmiyyəti qeyd edildi.
Daha sonra «Odlar Yurdu» rəqs qrupu, «Türkün qartalı» mahnısının ifaçısı Rza Zaman, İman Oruc, bəstəkar müğənni Fərahim Sadıq, «Mirvari» Rəqs qrupu, «Samur» Ləzgi qrupu — müğənni Cəvahir Abdulova, «Xəzri» Rəqs qrupu, müğənni Nəbi Cəfəroğlu, müğənni Şamil Kərimov, müğənni Sadiq Məmmədov, Gəncə Qarnizonunun Mədəniyyət Mərkəzinin solisti Aygün Ibrahimova, Sevinc Nəsirova və digər ifaçılarının çıxışları seyrçılər tərəfindən hərarətlə qarşılandı.
Yekunda tədbir iştirakçılarından bir qrupu Fəxri fərmanlarla təltif edildilər. Həmçinin hərbi xidmətdə fərqlənmiş hərbçilər də təltif edildilər.
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fədai.az saytının müxbiri
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Bərdə
FOTOLAR Azad Musayev və Elçin Qədirovundur




































