Ukraynalı həkim 8 rus işğalçını əsir aldı

Ukraynalı hərbi həkim səkkiz rus işğalçını əsir alıb.

Redaktor.az xəbər verir ki, maraqlı hadisənin təfərrüatlarını Ukrayna Silahlı Qüvvələrinin 95-ci ayrı-ayrı desant-hücum briqadasının zabiti Yuri Koçevenko «Twitter»-də paylaşıb.

«Əsgərlərimizə yeni hərbi forma gətirdilər, lakin döyüşçülərimiz onları səngərdə qoyub öz mövqelərinə getdilər. Daha sonra həkim özünə bir şey götürmək üçün qayıddanda görüb ki, səkkiz işğalçı bizim hərbi formalarda orada dolaşır. Birini ayağından vurub, qalanları dərhal təslim olub. Nəticədə həkim səkkiz işğalçını əsir aldı”, — deyə o, yazıb.

Bu xəbəri paylaşın: