AVMVİB-nin gənc üzvlərindən daha bir örnək

Şəhid F. Əhmədov adına Salamabad kənd tam orta məktəbin müəllim kollektivi, başda məktəbin direktoru Yasin Cavadov olmaqla Ağdamın Tagibəyli kəndinin qəhrəman oğlu, 2-ci Qarabağ müharibəsinin qazisi, şəhid Məmmədov Bəhruz Tahir oğlunun döyüşçü yoldaşı, elimin mərd oğlu Həsən Həsənovun toy məclisində iştirak etmişdir.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yevlax rayon şöbəsinin Əkşəm kənd (özək 8 kəndi əhatə edir) özək sədri Elvin Abdullazadə məlumat verib.


Elvin Abdullazadə bildirdi ki, məktəbin direktoru Yasin Cavadov çıxış edərək, öncə Qarabag muharibəsində qəhrəmanlıq göstərərək şəhid olan eloğluları yad etdi, sonra isə qazilərimizə can sağlığı arzuladi. Məclisdə çıxış edən müəllimlərdən Maqbil Həsənova, Sevinc Əhmədova qazimiz Həsən Həsənovu təbrik etdilər öz ən xoş arzularını bildirdilər.

Sonra isə qazimizin həyat yoldaşına şəhid Məmmədov Bəhruzun bibisi Rəhilə Məmmədovanın aldığı qiymətli hədiyyə təqdim edildi.
Şən rəqsləri ilə məclisə xüsusi gözəllik qatan müəllim kollektivinin aldığı qiymətli hədiyyə gəlinə təqdim edildikdən sonra bəy və gəlinlə, qazilərimizlə birgə rəqs edildi.


Sonda Həsən Həsənovun valideynləri bu diqqətə və hədiyyələrə görə kollektivə xüsusi təşəkkürünü bildirdi.


Elvin Abdullazadə qeyd etdi ki, elimizin toy kimi bir adəti var. Və bizlərin borcudur ki, hər zaman, istər qəmli, istərsə də əlamətdar, şad günlərində bizlərdən ötrü sağlamlıqlarını itirən qazilərimizin yanında olaq. Buna nail olduqsa, nə xoş bizə.

Xoşbəxt ol, Həsən!

87 MİNLİK VETERANLAR ORDUSU ADINDAN TƏBRİK EDİRİK!


Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: