Gəncə şəhərində Abidə kompleksinin açılışı olub

Gəncə şəhərində Şəhidlərin xatirəsinə həsr olunmuş Abidə kompleksinin açılışı olub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhəri Kəpəz şöbəsinin sədri Arzu Kərimov məlumat verib.


Arzu Kərimov bildirdi ki, açılışda şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılışda şəhid anaları, şəhid ataları və Qarabağ müharibəsi qaziləri iştirak ediblər. Şəhidlərimizin ruhlarına dualar oxunub və onların qəhrəmanlıqlarla dolu ömür yolları yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: