AVMVİB Tərtər rayon şöbəsi təltif edib

44 günlük Vətən müharibəsi dövründə Tərtər rayon əhalisinin içməli su ilə fasiləsiz təmin etdiklərinə və üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiklərinə görə «AZƏRSU» ASC — nin 5 nömrəli Reqional su-kanal idarəsi Tərtər Su-kanal sahəsinin kollektivi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi 14 iyun 2022 — ci ildə görüş keçirmişdir.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.

O, bildirib ki, «AZƏRSU» ASC — nin 5 nömrəli Reqional su-kanal idarəsi Tərtər Sukanal sahəsinin kollektivinin göstərdiyi fəaliyyət Fəxri fərmanla təltif edilmişdir.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: