Beyləqanda şəhidin ad günü qeyd olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvləri şəhid Zülfü Rəhim oğlu Qədimovun doğum gününü şəhidin məzarı başında qeyd ediblər.


Şəhid Zülfü Qədimov 1988-ci ildə Ağdam rayonu Mərzili kəndində anadan olub. 2016 -cı il Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş qəhrəmanlarımızdan olub. 2017-ci ildə Füzuli-Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş 5 kəşfiyyatçıdan biridir.


Şəhid Zülfü Qədimovun məzarı üzərinə gül qoyulub və ruhuna dualar edilib.

Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov çıxış etmişlər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB sədri Füzuli Rzaquliyevin adından başsağlığı verib və qəhrəman şəhidlərimizin heç zaman unudulmayacağını bildirib.

Sonda AVMVİB adından verilmiş Fəxri fərman və Xatirə medalı şəhidin atası Rəhim Qədimova təqdim edilib.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov

Bu xəbəri paylaşın: