AVMVİB Qubadlı rayon şöbəsi şəhidin ad günü qeyd edilib

Sumqayıt şəhər Şəhidlər Xiyabanında əslən Qubadlı rayonu Dondarlı kəndindən olan şəhid Adıyev Həmzə Qardaşxan oğlunun doğum günü münasibəti ilə rayon ictimayətinin iştirakıyla Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsi birgə tədbir keçirmişdir.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov məlumat verib.


Şəhid Həmzə Adıyev 1-ci Qarabağ müharibəsində iştirak etmiş və 1994-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.


Şəhid H. Adıyev, məzarı başında anılmış, məzarı üzərinə gül və əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur.


Allah rəhmət eləsin!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: