Dalaman, Fəthiyə, Köyçeğiz və Seydikəmərdə yanğınlar nəzarətə alınıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə Dəyirmanyanı səmtində yanğın koordinasiya mərkəzində açıqlamasında deyib.
“Yanğının daha da böyüməsinin qarşısını aldıq”, — deyə Ərdoğan bildirib.
Dövlət başçısı yanğını törətməkdə şübhəli bilinən şəxslə də bağlı danışıb:
“Cəzası edamdırsa, edam edilməlidir. Bu, müzakirə edilməli və üzərində ciddi şəkildə dayanmalıyıq”.
Mənbə: Gundelik.az
