Səbail rayonunda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 illiyi ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 illiyi ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin sədləndirilməsi ilə başlayan tədbirdə YAP Səbail rayonu ərazi təşkilatlarının rəhbərləri, partiya üzvləri, Qarabağ müharibəsi veteranları, rayondakı idarə, müssisə və təşkilatların nümayəndələri iştirak edib.

Açılış nitqində Yeni Azərbaycan Pariyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək bildirib ki, ikinci ildir ki, xalqımız Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününü xüsusi ovqat, böyük məmnuniyyət və qürur hissi ilə qeyd edir. Bu, ənənələri olan, haqlı olaraq Cənubi Qafqazın ən qüdrətlisi hesab olunmaqla, dünyanın ən peşəkar orduları sırasında özünə yer qazanan Müzzəffər Azərbaycan Ordusunun ildönümünü özündə ehtiva edən 26 iyun tarixidir.

Muxtar Nağıyev 1918-ci ilin iyun ayında dövlət müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətində milli ordu quruculuğunun yaradılmasını qaçılmaz edən amillərdən söhbət açıb: “Milli ordunun yaradılması ona görə zəruri idi ki, hökumət qarşısında daşnak-bolşevik silahlı qüvvələrinin martın sonunda başladıqları mart qırğınlarının Bakının sərhədlərini aşaraq Qubaya, Şamaxıya qədər gedib çıxan və genişlənməkdə olan miqyasının qarşısını almaq vəzifəsi dayanırdı. Qısa müddətdə generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov və digər hərbçilərimizin rəhbərliyi altında ilk Azərbaycan hərbi birləşmələri yaradıldı. Qardaş Türkiyədə formalaşdırılan, Birinci Dünya müharibəsindən keçmiş təcrübəli əsgər və zabitlərdən təşkil edilən Qafqaz İslam Ordusunun Azərbaycana dəvət edilməsindən sonra ordu quruculuğumuzun ikinci mərhələsi başladı”. 28 aprel çevrilişi ilə Azərbaycan milli dövlətçiliyinə son qoyulandan təxminən 50 il sonra Azərbaycanın Ulu Öndəri, dünyanın nadir dövlət xadimi, həyatını xalqına həsr edən ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən sonra milli zabit kadrlarımızın yetişdirilməsi üçün də həlledici addımların atıldığını qeyd edən rayon təşkilatının sədri Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasını xüsusi vurğulayıb. Sonralar həmin liseyin məzunlarının müasir Azərbaycan Silahlı Qüvvələrinin onurğa sütununa çevrildiyini xatırladan Muxtar Nağıyev Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra müharibə şəraitində həyata keçirdiyi ordu quruculuğu barədə də danışıb.Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün aparılan siyasətin qısa zamanda verdiyi səmərə barədə söhbət açan M.Nağıyev 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin nəticələrinin həmin siyasətin bəhrəsi olduğunu deyib: “Müzəffər Ali Baş komandanın rəhbərliyi altında ordumuz Azərbaycan xalqına 30 il həsrətində olduğumuz qələbə hissini yaşatdı”.

Daha sonra tədbirin bədii hissəsində rayon ərazisində yerləşən musiqi və ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında bədii qiraət və musiqi nömrələri təqdim edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin üzvü Zara Rəsulova məlumat yayıb.

Tədbirdə, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadənin rəhbərliyi ilə rayon veteranları da yaxından iştirak ediblər.

Bu xəbəri paylaşın: