Plakat öz sifarişçisini necə ələ verdi?

Bu yaxınlarda “Tərtər cinayəti” qurbanlarının yaxınları Respublika Hərbi Prokurorluğunun binası qarşısında aksiya keçiriblər.


Yaxınlarına qarşı baş vermiş cinayətin istintaqının obyektiv aparılmadığını iddia edən vətəndaşlar hərbi prokuror Xanlar Vəliyevin istefasını tələb ediblər.


Hərbi Prokurorluqdan çıxan bir neçə nəfər bu insanları sakitləşdirməyə çalışıb. Onları dinləməyə çalışıb.


Ümumiyyətlə, bu işdə zərər çəkmişlərin hüquqlarının bərpası və günahkarların üzə çıxarılması hər kəsin arzusudur. Günahkar kim olursa, olsun öz cəzasını almalıdır. Amma Hərbi Prokuror Xanlar Vəliyevin istefası azmış kimi üstəlik bir dövlət orqanının ləğvini tələb etmək heç bir qanun və etik çərçivəyə sığmır. Belə çıxır ki, bu adamlar bir gün də bu işlərə bais olmuş ordunun, Müdafiə Nazirliyinin ləğvini tələb edə bilərlər.


«Tərtər işi» prosesində zərərçəkmişlərin haqqı ödənilməlidir. Bunu biz daim yazmışıq, amma həm də bildirmişik ki, Hərbi Prokurorluq haqqında deyilənlər kimlərinsə sifarişidir və dediklərimizi son aksiya zamanı qaldırılan bu plakat da sübut edir.


Bu adamların təmiz istəklərindən, yanğılarından öz çirkin niyyətləri üçün istifadə edərək onları yanlış ünvanlara göndərirlər. Diqqət etsəniz bu şüarı yazmağı tövsiyyə edən sifarişçiləri öz plakatları ələ verib. Məlum olur ki, sifarişi göndərən şəxs bu sözləri «BÖYÜK BİR PARÇA ÜSTÜNDƏ» sözləri sifarişçi tərəfindən verilmiş bir tapşırıq olduğu məlum olur. Sadəcə bu plakatı yazan fəqrinə varmadan sifarişi də plakatda əks etdirib…


E. Səlim

Bu xəbəri paylaşın: