AVMVİB Səbail rayon şöbəsi Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsi tərəfindən Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilmişdir.


Tədbirdə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadənin rəhbərliyi ilə rayon veteranları da yaxından iştirak ediblər.


Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.


Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə Müzəffər Ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin tarixi əhəmiyyəti barədə çıxışlar oldu.

Müharibə veteranları Silahlı Qüvvələr Günü münasibətiylə təbrik edilib və sonda AVMVİB Səbail rayon şöbəsinin fəal üzvləri Fəxri fərmanlarla təltif edildilər.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov iştirak edib.

Elnur Səlim

Bu xəbəri paylaşın: