AVMVİB Lənkəran rayon şöbəsi Ordu Gününü qeyd edib

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi sədrinin müavini Saleh Dostiyev və müharibə veteranlarımız Silahlı Qüvvələr günü İlə bağlı tədbirdə iştirak ediblər.


Tədbir Silahlı Qüvvələrimizin yaranmasının 104-cü ildönümünə həsr olunmuşdu.


Tədbirdə iştirak edənlər öncə, AVMVİB Lənkəran rayon şöbəsu sədrinin müavini Saleh Dostiyev, Əfqanıstan veteranı, AVMVİB-nin fəxri üzvü Əflatun İsmayılov, Çernobl Cəmiyyətinin sədri Azad Ağayev, AVMVİB Lənkəran rayon şöbəsinin sədr müavinləri Təzəxan Əsgərov və Vazeh Cabbarov, Mədəniyyət Evinin Direktor müavini Habil Əliyev, AZTv-nin müxbiri Mübariz Süleymanlı, Mədəniyyət klublarının direktorları, qazilərimiz, veteranlarmız Heydər Əliyevin büstünü ziyarət etdilər.


Şəhidlərimizi andıq, Azərbaycan Respublikasının Himni səsləndirilərək tədbir keçirildi.

Bu xəbəri paylaşın: