AVMVİB üzvləri Beyləqanda qazinin toy məclisində iştirak ediblər

Xocavənd və Beyləqan rayonundan olan müharibə veteranları rayonun Aşqallar kəndində 44 günlük Vətən müharibəsi qazisi Ramin Rafiq oğlu Muxtarovun toy mərasimində iştirak ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov çıxış edərək AVMVİB sədri Füzuli Rzaquliyevin adından bəyə və ailəsinə xeyir-dua verdi. Bildirdi ki, döyüşçülər dar gündə də, şad gündə də birgədirlər, bir yerdədirlər.

Daha sonra AVMVİB adından Fəxri fərman və döş nişanı təqdim etdi.


Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: