Baləkənli veteranlar Silahlı Qüvvələr Gününü qeyd ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin verdiyi məlumata görə, rayon veteranları Silahlı Qüvvələr Günüylə bağlı şəhidlərimizin məzarlarını ziyarət ediblər.


Aydın Abdullayev şəhidlərimizə Allahdan rəhmət diləməklə yanaşı, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı ürəkdən təbrik edib, Ordumuza isə Vətənə, xalqa, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətdə uğurlar arzulayıb.

E. Səlim

Bu xəbəri paylaşın: