Lapşinin saxta yəhudilik arxasında gizlətdiyi kripto erməniliyi

Erməni səyyah və blogger Aleksandr Lapşin qanunsuz yolla yenidən Azərbaycan ərazisinə gəlib. Lapşin Qarabağda olarkən erməni terroçu Monte Melkumyanın abidəsini ziyarət edib. Bu fotolorı sosial şəbəkədə paylaşaraq Azərbaycana mesaj ötürüb.

Maraqlıdır ki, Aleksandr Lapşin Azərbaycan ərazisinə Laçın keçidi vasitəsilə Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən keçib. Həmçinin Lapşin Qarabağa İrəvandan gələn deputatlarla bilrikdə gəlib. Yəqin ki, Lapşinin Qarabağa səfəri hazırlanmış bir səfərdir və bu səfərin Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı reallaşması məqsədlidir.

Qarabağda yerləşdirilinən Rusiya sülhməramlılarının Lapşini qanunsuz olaraq Azərbaycana buraxmasına yəqin ki, Xarici İşlər Nazirliyimiz öz reaksiyasını bildiriəcək.

Lapşinin yenidən qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması onu deməyə əsas verir ki, bu səfərdə maraqlı olan qüvvələr var. Bu növbəti erməni təxribatıdır. Yəqin ki, tezliklə Azərbaycan tərəfi blogger Aleksandr Lapşin və erməni deputatların qanunsuz səfərinə öz münasibətini bildirəcək. Rus əyyaşı Volkovun bu qanunsuzluqlarına, nəhayət ki, «DUR!» deyiləcək.

Fədai.az araşdırmalarının birində Lapşinin yəhudi deyil, erməni olduğunu və atabir qardaşının Qarabağda qəhrəman əsgərlərimiz tərəfindən gəbərdildiyini yazmışdıq. Bu adam ermənidir. Yəhudiliyə heç bir dəxli yoxdur. Sadəcə bu addan İsraildə və olduğu ölkələrdə anti Azərbaycan təbliğatı üçün istifadə edir. Gəlin bir daha həmin detallara diqqət edək. Lapşin öz erməniliyi haqqında yazdığı paylaşımlarının birində (https://zen.yandex.ru/media/armmuseum/aleksandr-lapshin-segodnia-voina-v-karabahe-zatronula-lichno-menia-absoliutno-ne-armianina-5f835498109c65627edcc845) «cinayətkar» kimi iz buraxır.

Əslində o bu yazıda öz atası Eduard (Edik) Melikyanı necə tapdığından yazır və burada da guya anasının oynaşını tapmaqdan bəhs edir. Həmin yazını diqqətinizə çatdırırıq. Səyyah və jurnalist Aleksandr Lapşin Facebook səhifəsində yazıb: «Bu gün Qarabağdakı müharibə erməni olmayan, ümumiyyətlə uzaq İsraildə yaşayan biri kimi, şəxsən mənə təsir etdi. Tanıdığım bir adam cəbhədə öldürüldü. Adı Suren Melikyan idi. Məndən yaşca kiçik bir gənc idi. İrəvanda yaşayırdı və könüllü olaraq müharibəyə getdi. Arxada ailəsi və uşaqları qaldı»…

Erməni tərəfi Qarabağda 12700 əsgərini itirib. Sizcə, niyə Lapşın yalnız Suren Melikyana yas saxlayır və onu paylaşır.

…Hər şey 1970 -ci ildə başlamışdı. Anam Sverdlovskdakı Ural Dövlət Universitetində (indiki Yekaterinburq) tələbə idi və orada Edik Melikyan adlı bir oğlanla dostluq edirdi. Anam hətta İrəvanda onlara qonaq da getmişdi, onun valideynləri ilə dostlaşmışdı, birgə ölkəni gəzmişdi. Sonra anam Sverdlovska qayıtdıqda uzun müddət yazışdılar. Sonra əlaqələri kəsildi. 1976 -cı ildə anam atamla evləndi, mən doğuldum, sonra bacım. Sonra valideynlərim boşandı.

Daha çox illər keçdi. Nəticədə, 35 il sonra, 2000 -ci illərin əvvəllərində təsadüfən bu hekayəni öyrəndim və ağlıma macəra dolu bir fikir gəldi. Edik Melikyanı tapım. Nə fikirləşirsiniz? 35 ildir danışmırdılar, hətta sağ olduğunu da bilmirdim. Anama heç nə deməmək qərarına gəldim. Edik sağ -salamat olsa, bu onun üçün sürpriz olacaq və əgər ölmüş olsa, ona heç nə deməyəcəyəm.

Təxminən 2006 -cı il idi. Bir sıra erməni internet forumlarına bir sual verdim və inanılmaz həvəslə ən gözəl insanların mənə kömək etməyi öhdəsinə götürdüklərini gördüm, yalnız adını, soyadını və Sverdlovskda oxuduğu 70-ci illəri bilinən bir adamı tapmağı bacardıqları üçün «Artsax» cəmiyyətinə xüsusi təşəkkürümü bildirirəm. Armen adlı naməlum bir şəxsdən e-poçtla məlumat aldığımda sevincimi sözlə ifadə edə bilmirəm: “Aleksandr, dünən Edik Melikyanı tapdım. Onunla birlikdə Çarents küçəsindəki verandada oturduq və gözəl çaça içdik. Durma, gəl! » …

Tam bir erməni nağılı…

Lapşin yazır: «Uzun müddət İrəvanın kölgə tutan Çarents küçəsində gəzdim, gözlərimlə ev nömrələri olan işarələri axtardım. Buradakı bütün evlər özəldir-inqilabdan əvvəl tikilmiş 2-3 mərtəbəli yüksək keyfiyyətli binalardı. Koloritli və emosional dayılar yaxınlıqda nərd oynayırdılar və İrəvanın turizm mərkəzindən uzaqda yerləşən bu bölgədəki turist şəxsimə böyük maraqla baxırdılar. Ev nömrəsi olmadığı üçün çaşqınlığımı görüb arxamca qışqırdılar: «Qardaş, kimisə axtarırsan?» Dayanıb onlara tərəf döndüm: “Bəli, axtarıram. Edik Melikyan əmiyə ehtiyacım var, belə bir adam tanıyırsınızmı?»

Başlarını tərpətdilər — əlbəttə bilirik, bura onun evidir! Və yüksək səslə qışqırdılar: «Edik-can, Edik-can!» Nə demək olar? Pah-pah, o sağ — salamat idi. 4 oğul və bir qız böyüdərək, artıq indi də nəvələrini böyüdürdü. Ziyafətlərimiz bütün gün davam etdi, ikinci gün də. Sonra anama zəng vurduq, bu xəbər onu çox təsirləndirdi. Axı, gəlişimi tam olaraq onun doğum gününə təyin etmişdim.

Və beləliklə, dünən 1970 -ci ildə anamla Sverdlovskda təhsil alan (!?) həmin Edik Melikyanın oğlu Suren Melikyan cəbhədə faciəli şəkildə öldü. Sureni çox yaxşı xatırlayıram, çox gözəl və şən bir oğlan idi (Alexander Lapshin / @lapshin, facebook.com)».

Dil karıxıb bəzən həqiqətləri deyər. Aleksandr Lapşinin isə belə həqiqətləri yetərincədir. — Aleksandr Lapşinin anası Bella Lapşina 1970-1975-ci illərdə Sverdlovskda (Yekaterinburq) Ural Dövlət Universitetində təhsil alarkən erməni Eduard (Edik) Melikyanla tanış olub və 1975-ci ilin aprel-may aylarında onunla birgə İrəvana gəlib və oğlunun yazdığı kimi Ediklə «Ermənistanı gəzib». Yəni Bella unuda bilməyəcəyi günlər «yaşayıb». Lapşinin yazdığına görə anası geri döndükdən sonra isə 1976-cı ildə guya onun «rus atası» ilə ailə həyatı qurub. Bu izdivac, hətta 1976-cı ilin yanvar ayında bağlansa belə, A. Lapşinin 4 fevral 1976-cı ildə anadan olması onun atasının rus Valeri deyil, 35 il sonra «anasının koordinatlarıyla» tapdığı erməni Eduard (Edik) olmasını təsdiqləyir.

Özü haqqınsa yazdığı qeydlərdə: «1976 -cı ildə anam atamla evləndi, mən doğuldum, sonra bacım. Sonra valideynlərim boşandı» — deyə yazıb. Beləliklə, kripto erməni kimi yetişdirilərək, ondan istifadə olunması Ermənistan məxfi xidmət orqanlarının diqqətində olub. Əgər Lapşin əksini iddia edirsə, qoy DNK testini təqdim etsin. Bu gün də informasiya savaşında ermənilər bu faktordan aktiv surətdə bizə qarşı istifadə edirlər. Müharibədən sonra İsraildə Azərbaycana silah satışını dayandırmaq barədə petisiya toplayır. Müharibə vaxtı və müharibədən sonra müxtəlif saytlarda yaydığı məqalə və müsahibələrin başlıqlarını diqqətinizə çatdırırıq: «Россия пришла в Арцах навсегда». «Будущее Арцаха это южно-осетинский сценарий». «Вместо победы в Карабахе Азербайджан получил русского солдата». Александр Лапшин: «Под влиянием Турции Алиев влез в болото, из которого есть два выхода». «Большой позор: Лапшин о сбитых беспилотниках» …

Lapşinin deməyindən aydın olur ki, onun özündən 2 yaş kiçik ögey qardaşı Suren Melikyan da Qarabağda gəbərdilənlərin sırasındadır. Gəbərmiş erməni quldurlarının siahısında onun adı var: доброволец Меликян Сурен Эдуардович, 1978 г.р.(https://ru.armeniasputnik.am/politics/20201113/25316144/Spisok-pogibshikh-armyanskikh-voennosluzhaschikh—dannye-za-13-noyabrya.html).

Əldə etdiyimiz fotolarda (bax: foto) oxşarlıq göz önündədir.

Hazırda ögey qardaşının qisasını almaq üçün bu gün də bütün gücüylə anti Azərbaycan fəaliyyəti yürüdən Lapşinin Suren Melikyanla oxşarlığı onun erməniliyinin daha bir sübutu kimi qəbul oluna bilər.

— Sizcə niyə Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşlığı əldə etdiyi halda, ilin çox hissəsini keçirdiyi Ermənistanın heç olmasa fəxri vətəndaşlığını almayıb? Axı ermənilər bu işlərdə pərgardırlar? Hər bir ermənin azı 3 vətəndaşlığının olmasını dəfələrlə yazmışıq və bu faktorla ermənilər, çox saylı diaspor saxtakarlığı edərək siyasi dairələrə təsir imkanları qazanırlar. Özü də Lapşin bütün səyahətlərinin yekununda İrəvana gəlir və hətta facebookda belə bir paylaşım edərək qardaş Türkiyənin ərazi bütövlüyünü erməni kimi təhdid edir: «Бывает, после ночного перелета невыспавшийся подходишь к окну, видишь могучий Арарат и… вся усталость уходит».

Həbsdən azad olunan kimi A. Lapşinin səfər etdiyi ilk ölkə erməni diasporunun güclü və maliyyə qaynağının bol olduğu bir ölkə olub. Hətta bu ölkədə 1989-1999-cu illərdə Argentina prezidenti, əslən erməni olan Karlos Menem seçilib. Argentinanın ən varlı adamı Edurdo Ernekyan sayılır. O, “American Internatinal Airports and Aeropuertos Argentina 2000” şirkətlərinin prezidentidir. Ernekyanın şirkətləri Argentinanın 32 hava limanını, Uruqvayın, Ekvadorun və Ermənistanın əsas hava limanlarını idarə edir. Ernekyan Latın Amerikasında erməni təşkilatlarının əsas maliyyə donorudur. O, son on il ərzində Ermənistan və Dağlıq Qarabağın müxtəlif fondlarına milyonlarla dollar sərmayə qoyub. Məhz Eduardo Ernekyanın investisiyaları sayəsində Zvartnots hava limanının köhnə terminalı (200 milyon dollar) yenidən qurulub. Lapşin, ümumiyyətlə səyahət etdiyi bütün ölkələrdə, nədənsə rastına yalnız ermənilərə aid olan nələrsə «çıxır» (Bax:https://armedia.am/rus/news/61776/malenkaya-armeniya-v-dalekoiy-argentine-lapshin-fotografii.html).

Ermənilər, erməni mədəniyyəti, erməni adətləri. Əgər bu adam yəhudi olsaydı, gəzdiyi 140 ölkədə arada bir, heç olmasa daha elitar və siyasi cəhətdən daha yetkin yəhudi xalqından da söz açardı. Bax bu bir erməni xislətidi və ermənilərin yəhudilərə daim qısqanclıqla və həsədlə baxmalarının bir izidir.

Aleksandr Lapşinin kripto (gizli) erməni olmasına ilk ilişən məşhur yəhudi jurnalist Roman Tsıpin oldu. Öncə atasının təmiz rus, R. Tsıpinlə söhbətində isə atasının yarım rus olduğunu dedikdə, jurnalist ona, yəhudi deyil, İrəvanda provaslav xristian olması barədə dediklərini xatırlatdı. Adicə bir diskusiyada tanınmış blogger R. Tsıpin ona yəhudi olmadığını dönə-dönə sübut edir. Biz bu kripto erməni kəşfiyyatçısını deşifrə etməli, onun Beynəlxalq məhkəmədə udduğu pulu verməkdən imtina etməliyik. O, bəyan etmişdi ki, Azərbaycandan udduğu pulu «artsaxbanka» köçürəcək…

Fədai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: