AVMVİB Mingəçevir şəhər şöbəsi bəyanat yayıb

Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nailiyyətlərini kölgə altına salan məlum çıxışı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsi üzvləri tərəfindən kəskin etirazla qarşılanıb.


44 günlük Vətən müharibəsi şanlı, müzəffər ordumuzun parlaq qələbəsi ilə yekunlaşdı. Sahil Babayevin dediyi «Azərbaycan ordusu Azərbaycan torpaqlarını işğal etməsi» fikri düşmən dəyirmanına su tökməkdir.


Ali Baş Komandan Cənab İlham Əliyevin siyasətinin əsas xəttini özgə torpaqlarını işğal etməmək və hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipi təşkil edir.


Azərbaycan ordusu işğalçı olmayıb, başqalarının torpaqlarına göz dikməyib. S. Babayevin son çıxışı isə dövlətin xarici siyasətinə qarşı atılmış təxribatçı bir addımdır və Azərbaycan ictimaiyyəti tərəfindən kəskin pislənməlidir.

Bir daha bəyan edirik ki, Müstəqil Azərbaycan dövlətinin əsas xəttini beynəlxalq hüququn prinsiplərinə uyğun siyasət təşkil edir. Bu siyasətə mənfur düşmən qüvvələri və heç bir daxili düşmən mane ola bilməz.


Qarabağ Azərbaycandır!


Yaşasın Ali Baş Komandan İlham Əliyev Cənabları!

AVMVİB Mingəçevir şəhər şöbəsi

Bu xəbəri paylaşın: