İlham Əliyevin son çıxışı erməni cəmiyyətində və mətbuatında geniş əks-səda doğurub

Ermənistanın ən baxımlı TV kanalı olan «TV 5-ci kanal»-ın «Haylur»- (Ermənixəbər) proqramı bu günkü saat 12:30 buraxılışında bildirib :

— Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı sərhədlərin dəqiqləşdirilməsi prosesini gecikdirəcəyi təqdirdə peşman olacağı ilə hədələyib.

O, Kəlbəcər səfəri zamanı bildirib: “Müharibədən sonra Azərbaycan ordusu həm silahlanma, həm də döyüş effektivliyi baxımından daha da güclənib. Biz ən müasir silahların alınması üçün yeni müqavilələr imzalamışıq, Azərbaycana yeni silahlar, müasir texnika gətirilir.»

Qeyd edək ki, 44-günlük müharibədə ZƏFƏRDƏN sonra indiyədək erməni ictimaiyyəti hələ belə təşvişə düşməmişdi.

Şəkil «ArmDay.am» saytından götürülüb.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: