Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü Əliyev Ərəstun Əliağa oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş, qoy ona sevinc dolu illər bəxş etsin və hər yəni günü isə ötən günlərdən daha gözəl istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Müharibə Veteranı Əliyev Ərəstun Əliağa oğlu 1974 — cü ilin iyun ayının 27 — də Ağsu rayonunun Carpaqlı kəndində anadan olub . 1991-ci ildə Ağsu rayonun Carpaqlı kənd orta məktəbi, 1998 — ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Tədris mərkəzini bitrib.
1992 — 2009 — cu illərdə DİN Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul, Ağdam, Ağdərə, Füzuli, Xətai və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində manqa komandiri, taqım komandiri, yarım qrup komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət edib.
«Hərbi Xidmətkecmə Haqqında» Əsasnamənin 156-cı maddəsinin v bəndinə əsasən xəstəliyə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsindən ehtiyata buraxılıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Daxili Qoşunların məktəb rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətələrə Görə » döş və yubiley nişanları ilə ,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
— «Hərbı Xidmətlərə görə»- 3 dərəcəli medal ilə,
-«Vətən Uğrunda » medalı ilə,
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
-«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
— » Böyük Zəfər» medali ilə;
— » Silahlı Qüvvələrin yaranmasının» 100 illiyi medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏRƏSTUN BƏY!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev











