Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərovun doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.
İslam Səfərov hər iki müharibənin öz həyatında yaşamış müharibə veteranlarımızdandır.
İslam Səfərov 56 il öncə İsnayıllının dilbər və unikal guşələrindən olan Lahıcda dünyaya gəlib. Vətənin çağrışına könüllü səs verənlərdən olub. Döyüşlərdə ağır yaralanıb. Onun müharibə əlilliyi 44 günlük Vətən müharibəsindən kənarda qalmasına mane olmadı. İlk gündən son günədək əsgərlərimizin yanına oldu.
Bu gün ömrünün 56 — cı ilini nəvəsi Asifin hüzurunda daha alnıaçıq keçirəcəyini bilirik. Çünki, ona əmri öncə vicdanı, sonra isə nəvəsi, balaca komutan Asif Verdiyev vermişdi: «Laçını almadan geri dönmə!»
Fedai.az öz adından ötən ad günündə təqdim etdiyimiz bu video kadrları (müəllif Nurlan Məmmədlidir) bir daha Hacı İslamın ad gününə ərmağan edir.
Ad günü münasibətiylə bir daha AVMVİB Rəhbərliyi adından İslam bəyi təbrik edir, uzun ömür, can sağlığı və xoş günlər arzu edirik.
100 yaşa, İslam bəy!
Bütün gözəlliklər sənin olsun!
AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi









