AVMVİB Zəngilan rayon şöbəsi məktəbdə tədbir keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsi idarə heyətinin üzvləri Zəngilan rayon 13 saylı tam orta məktəbdə məktəb kollektivi ilə görüş keçiriblər.

Görüşdə 13 saylı məktəbin direktoru Şəhla Həsənova, təlim tərbiyə işləri üzrə direktor müavini Səmədova Aynur, Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sevil Əliyeva, Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Yeganə Babayeva, məktəbin coğrafiya müəllimi Bağışlı Firuzə, Silahlı Qüvvələrinin Ehtiyyatda olan zabiti Baş leytenant Çağrışa Qədərki Hazırlıq müəllimi Səbuhi Quliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçı publisist — Yaqubov Etibar Elşad oğlu, SOCAR- Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəis müavini Aydın Mehdiyev və məktəbin müəllim heyəti iştirak edirdilər.


Çıxış edənlər ilk öncə «Əsgərə kitab» hədiyyəsi kompaniyasına qoşulduqları üçün məmun olduqlarını və hər zaman əsgər layihələrində fəal iştirak edəcəklərini bildirdilər.

AVMVİB Zəngilan rayon şöbəsi rəhbərliyi daima belə tədbirlərin əsgər-məktəb əlaqələrinin təmin olunmasında rol oynadığını və belə tədbirləri davam etdirəcəklərini bildiriblər.


Sonda kitabları Hərbi hissə komandiri tərəfindən Silahlı Qüvvələrin yaranmasınınm104-cü il dönümü münasibətilə yazılan Fəxri fərmanları məktəb kollektivinə təqdim etdik.


Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: