Qarabağ müharibəsi veteranı, polis mayoru dünyasını dəyişdi

Daxili İşlər Nazirliyinin Nəqliyyat Baş Polis İdarəsinin polis mayoru Paşayev Natiq Qara oğlu ürək çatışmazlığından vəfat edib.

Mərhum doğulduğu İmişli rayonun Telişli kəndində torpağa tapşırıldı. Natiq Paşayev 1993-cü ildə Azərbaycanın ərazibütövlüyü uğrunda erməni işğalçılara qarşı gedən döyüşlərdə Qubadlı özünümüdafiə batalyonun tərkibində vuruşmuşdu. Bir çox ağır döyüşlərin iştirakçısı olmuşdu.

Qardaşı Elşən Paşayev də Qarabağ müharibəsi əlilidir.

Leyla Həsənova

AVMVİB Rəhbərliyi müharibə veteranı Natiq Paşayevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN!
Məkanı cənnət olsun!

На изображении может находиться: 1 человек, сидит и на улице

Bu xəbəri paylaşın: