İranın cənubunda 5,7 bal gücündə zəlzələ olub.
Bu barədə ölkənin Seysmoloji Mərkəzi bildirib.
Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 22 kilometr məsafədə, zəlzələ ocağı Şirazdan 239 kilometr məsafədə, 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar yerli vaxtla saat 21:48-də qeydə alınıb.
Qeyd edək ki, təxminən 1 saat əvvəl həmin ərazidə 5,1 bal gücündə ilk zəlzələ olub. Dağıntılar olsa da itkilər haqqında məlumat verilməyib.
