Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nərimanov rayon şöbəsinin bir qrup üzvünə ənənəvi olaraq bu il də qurban payı verilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.
O, bildirdi ki, AVMVİB Nərimanov rayon şöbəsinin bir qrup az təminatlı üzvünə qurban payları verilib.
Qurban Osmanov bayram günlərində hər kəsi bu müqəddəs bayram münasibətiylə təbrik edir, veteranlarımızı unutmayanlara şöbəmiz adından öz minnətdarlığımızı bildiririk. Qurban paylarının verilməsi bu gün də davam etdiriləcək.
