Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarı məhv edilib. Atılan mərmilərə «Za Xodjalı» yazılıb

“Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”.

UNIAN xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir:

“70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsində rəqib yeni anbarları cəbhə xəttindən uzaqlaşdıracaq. Bu, öz növbəsində logistikanın çətinləşməsi, sursatın çatdırılması sürətinin və miqdarının azalması deməkdir”.

O qeyd edib ki, ABŞ Ukraynaya verdiyi HIMARS rəqibin 300 km-lik məsafədəki hədəfini də məhv edə bilir.

P.S. Son dəqiq zərbələr üçün Ukrayna SQ əsgərləri mərmilər üzərinə «Za Xodjalı» yazdıqlarını sosial şəbəkədə paylaşıblar. Slava Ukraine! Qeroyam slava!

Bu xəbəri paylaşın: