Türkiyənin Cilvegözü Sərhəd Qapısından Suriyaya milyonlarla insana humanitar yardımın aparılmasına icazə verən mexanizmin uzadılmasına veto qoyub.
Verilən xəbərə görə, 15 üzvdən ibarət şurada 13 ölkə qərarı dəstəklədiyi halda, Rusiya qərara veto qoyub, Çin isə bitərəf qalıb.
Cilvegözü Sərhəd Qapısından Suriyaya humanitar yardımın aparılmasına icazə verən mexanizmin səlahiyyət müddəti iyulun 10-da başa çatır.
BMT Təhlükəsizlik Şurasında digər bir qətnamə də qəbul edilməyib. Rusiyanın Suriyaya transsərhəd yardımla bağlı qətnamə layihəsinin əleyhinə səs verilib.
Rusiya və Çin layihənin lehinə, Böyük Britaniya, ABŞ və Fransa isə onun əleyhinə səs verib, qalanları — Braziliya, Albaniya, Keniya, Qabon, Qana, Hindistan, İrlandiya, Meksika, Norveç və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb.
BMT Təhlükəsizlik Şurası 2014-cü ildən indiyədək ilk dəfə Suriyaya transsərhəd yardımla bağlı qətnamə qəbul edə bilməyib.
